Yuxarı

​Vahid Azərbaycan Partiyası qurultay keçirilməsinə yer ayrılması üçün BŞİH-ə müraciət edib

Bakı kinoteatrı və ya Rəşid Behdudov adına Dövlət Mahnı Teatrının ayrılması istənilib

Bakı. 1 iyun. REPORT.AZ/ Vahid Azərbaycan Partiyası (VAP) qurultay keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

Bu barədə "Report"a VAP-ın Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Əhəd Məmmədli məlumat verib.

Müraciətdə BŞİH-dən qurultay keçirilməsi üçün "Bakı" kinoteatrı və ya Rəşid Behdudov adına Dövlət Mahnı Teatrının ayrılması xahiş edilib.

Qeyd edək ki, partiyanın qurultayının iyunun 12-də keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bir müddət öncə, Müsavat Partiyasının başqanlığına sabiq namizəd, "Ağ blok"un həmtəsisçisi Tural Abbaslı və bir qrup tərəfdarı Müsavatdan istefa verərək VAP-a qoşulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi