Yuxarı

​Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü dünyasını dəyişib

Şövkət Tağıyeva uzun sürən xəstəlikdən sonra vəfat edib

Bakı. 11 iyun. REPORT.AZ/ Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü olmuş, partiyanın sabiq Divan və Məclis üzvü, tarix elmləri doktoru Şövkət Tağıyeva vəfat edib.

"Report"un məlumatına görə, Ş.Tağıyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, bu gün dəfn olunacaq.

Qeyd edək ki, Ş.Tağıyeva 1926-cı ildə anadan olub.O, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi, baş elmi işçi, Şərqşünaslıq İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi