Urxan Ələkbərov “Şərəf” ordeni ilə təltif edilib

Daxili siyasət
  • 27 aprel, 2023
  • 12:28
Urxan Ələkbərov “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasında elm və təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Urxan Kazım oğlu Ələkbərov “Şərəf” ordeni ilə təltif edilib.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun 80 yaşı tamam olur.

Son xəbərlər

Bütün Xəbər Lenti