Uorlik: "Prezidentlərin görüşünün ilin sonunadək təşkil olunacağına ümid edirəm"

Uorlik: "Prezidentlərin görüşünün ilin sonunadək təşkil olunacağına ümid edirəm" Minsk Qrupunun həmsədri Ermənistanda keçirdiyi mətbuat konfransında prezidentlərin görüşündən danışıb
Daxili siyasət
20 İyul , 2015 20:50
Uorlik: Prezidentlərin görüşünün ilin sonunadək təşkil olunacağına ümid edirəm

Bakı. 20 iyul. REPORT.AZ/ ATƏT Minsk Qrupunun həmsədrləri 2015-ci ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil olunacağına ümid edirlər.

"Report"un İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanda keçirdiyi mətbuat konfransında deyib.

“Məqsədimiz - prezidentlərin görüşünü təşkil etməkdir. Ümid edirik ki, bu ilin sonunadək belə bir görüş baş tutacaq", - deyən Uorlik, onu da qeyd edib ki, "Dağlıq Qarabağın statusu müəyyən olunmayanadək münaqişənin nizamlanması mümkün deyil".

Son xəbərlər

Orphus sistemi