Bakı. 26 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb.
“Report” xəbər verir ki, sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilib.
Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.