Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib

Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib Prezident İlham Əliyev açılışında iştirak edib
Daxili siyasət
6 Oktyabr , 2015 13:23
Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib.

"Report"un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılıb. Bu ərazinin 1,2 hektarında 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib. Xəstəxana kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Prezident İlham Əliyev tibb ocağında yaradılan şəraitlə tanış olub. Burada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər quraşdırılıb.

Kompleksə cərrahiyyə, terapiya, pedriatriya, reanimasiya, ginekologiya, reanimatalogiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinetal mərkəz, labaratoriya, təcili tibbi yardım stansiyası və inzibati korpus daxildir. Xəstəxana 118 çarpayılıqdır. Şöbələrin hamısı ən müasir tibbi avadanlıqla təmin olunub.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyyələrini verib.

Son xəbərlər

Orphus sistemi