Yuxarı
    Bağlamaq

    ​Qubad İbadoğlu və Ellada Məmmədli Müsavat Divanına çağırılıb

    Onların Divana dəvət edilərək, fəaliyyətlərini aydınlaşdırmaları tələb edilib

    Bakı. 27 yanvar. REPORT.AZ/ Müsavat Partiyasının başqanlığa sabiq namizəd Qubad İbadoğlu və Qadınlar Təşkilatının sədri Ellada Məmmədli partiya Divanının növbəti toplantısına dəvət edilib.

    "Report"un əldə etdiyi məlumata görə, bu barədə Divanın son toplantısında qərar qəbul olunub. Toplantıda Qubad İbadoğlu və tərəfdarlarının fəaliyyəti sərt tənqid olunub. İclasda onların Divana dəvət edilərək, fəaliyyətlərinin aydınlaşdırmaları tələb edilib.

    Partiya başqanın müavini Elman Fəttah "Report"a faktı təsdiq edib. O bildirib ki, Qubad İbadoğlu və Ellada Məmmədli Divanın fevralın 2-də keçiriləcək növbəti toplantısına dəvət olunub.

    Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi