Türkiyədə Səyyar ASAN xidmətin ilk günündə 100-dən artıq vətəndaşımıza xidmət göstərilib

Türkiyədə Səyyar ASAN xidmətin ilk günündə 100-dən artıq vətəndaşımıza xidmət göstərilib Türkiyədə Səyyar ASAN xidmətin ilk günündə 100-dən artıq vətəndaşımıza xidmət göstərilib.
Daxili siyasət
31 Avqust , 2022 11:08
Türkiyədə Səyyar ASAN xidmətin ilk günündə 100-dən artıq vətəndaşımıza xidmət göstərilib

Türkiyədə Səyyar ASAN xidmətin ilk günündə 100-dən artıq vətəndaşımıza xidmət göstərilib.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 2022-ci ilin 30 avqust – 4 sentyabr tarixlərində Türkiyənin Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilir.

Ölkə xaricində ilk dəfə gerçəkləşən Səyyar ASAN xidmət Dövlət Agentliyin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “ABB” ASC-nin maliyyə tərəfdaşlığı ilə təşkil olunur.

30 avqust – 4 sentyabr tarixlərində saat 10:00 - 18:00 aralığında təşkil edilən xidmətdən yararlanmaq üçün vətəndaşlarımız mütləq “Teknofest” ərazisinə daxil olmaq hüququ verən qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün link: https://www.t3kys.com/tr/teknofest/visitor/apply/

Eyni zamanda Türkiyədə yaşayan Azərbaycan vətəndaşları https://seyyarasan.e-gov.az/ linkinə daxil olaraq özünə aid məlumatları (şəxsiyyət vəsiqəsi məlumatları, mobil nömrə və elektron poçt ünvanı) və almaq istədikləri xidməti qeyd edərək müraciətlərini öncədən gerçəkləşdirə bilərlər.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi