Türkiyə Ali Məhkəməsinin baş prokuroru Azərbaycana gəlib

Türkiyə Ali Məhkəməsinin baş prokuroru Azərbaycana gəlib Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahin Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib
Daxili siyasət
29 May , 2021 16:16
Türkiyə Ali Məhkəməsinin baş prokuroru Azərbaycana gəlib
Bəkir Şahin və Kamran Əliyev

Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahin Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev qarşılayıb.

Səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Səfərin gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Son xəbərlər

Orphus sistemi