Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
"Report" xəbər verir ki, nümayəndə heyəti sentyabrın 3-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 illiyi münasibətilə Azərbaycanda keçiriləcək Zirvə toplantısına hazırlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunmasının 10 illiyi münasibətilə növbəti Zirvə toplantısı oktyabrın 14-15-də Azərbaycanda keçiriləcək.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
TDƏŞ müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır, onun əsas məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişafıdır.