"İşgaldan azad edilmiş ərazilərə səfər Türk Şurası tərəfindən həyata keçirilir".
Bunu "Report"a açıqlamasında hazırda Şuşada səfərdə olan Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov deyib.
Onun sözlərinə görə, bu səfər öncədən nəzərdə tutulub:
"Bildiyiniz kimi Türk Şurası çərçivəsində müxtəlif sahələr uzrə əməkdaşlıq məxanizmləri qurulub. Onlardan biri də media və informasiya sahəsində əməkdaşlıqdır. Bu ilin aprel ayında Bakıda media və informasiya nazirlərinin görüşündə 2021-2022-ci illəri əhatə edən fəaliyyət planı hazırlanıb. Fəaliyyət planına və bir ay bundan əvvəl İstanbulda keçirilən media treninq proqramı çərçivəsində səfərin həyata keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü ilə irəli sürüldü və qəbul olundu".
O bildirib ki, səfərdə məqsəd Türk Şurasına üzv ölkələrin mətbuat işçiləri ilə əlaqələrin daha da inkişaf etdirilməsi və Qarabağda erməni işğalçıları tərəfindən törədilmiş vəhşiliklərin onların gözü ilə görülməsi və ictimaiyyətə çatdırılmasıdır:
"Onlar Füzuli, Cəbrayıl və Şuşa şəhərində törədilmiş dağıntıların şahidi oldu. Bizim daha sonra Gəncə şəhərində müharibə zamanı raket hücumuna məruz qalan əraziyə ve Ağdama səfərimiz də nəzərdə tutulur".