Yuxarı
    Bağlamaq

    Tural Abbaslı rəhbəri olduğu partiyanın sənədlərini yenidən Ədliyyə Nazirliyinə təqdim edib

    Partiya sədri: Nazirliyə təqdim olunan sənədlərdə çatışmazlıqlar aradan qaldırılıb

    Bakı. 25 avqust. REPORT.AZ/ Vahid Azərbaycan Partiyası (VAP) iyunun 26-da keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edib.

    Bu barədə "Report"a partiya sədri Tural Abbaslı məlumat verib.

    O bildirib ki, nazirliyə təqdim olunan sənədlərdə çatışmazlıqlar aradan qaldırılıb: "Nazirlik sənədlərdə çatışmazlıqların olduğunu qeyd etmişdi. Biz bunu nəzərə alaraq sənədləri yenidən hazırladıq və təqdim etdik".

    Qeyd edək ki, Vahid Azərbaycan Partiyasının sonuncu qurultayında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı sədr seçilib. Bundan əlavə, partiyanın adı dəyişdirilərək Ağ Partiya adlandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi