Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı deyib. O qeyd edib ki, fraksiyanın kollegial idarəetmə formasının tərəfdarıdır.
T.Abbaslı işçi qrupunun üzvlərinin Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqə qoşulacaqlarını da qeyd edib: "Sonuncu iclasda mitinq məsələsi geniş müzakirə olundu. Qərəra gəlindi ki, işçi qrup tam tərkibdə mitinqə dəstək versin".
Qeyd edək ki, İşçi qrup Müsavat Partiyasının növbədənkənar qurultayının keçirilməsi ilə bağlı təklifləri dəyərləndirmək məqsədilə yaradılıb.