Tovuzda qanunsuz tikili sökülüb

Tovuzda qanunsuz tikili sökülüb Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Daxili siyasət
29 Mart , 2024 12:31
Tovuzda qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tovuzda qanunsuz tikilini söküb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Tovuz şəhəri ərazisində fiziki şəxs tərəfindən qanunsuz olaraq tikinti işinin aparılması faktı aşkar edilib.

Tovuz Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə qanunsuz tikili sökülüb.

Son xəbərlər

Orphus sistemi