AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1998-ci il təvəllüdlü Ramin İbrahimovla Şəmkir rayonu Yuxarı Seyfəli kəndində keçirilən vida mərasimi başa çatıb.
"Report"un Qərb bürosunun məlumatına görə, onun nəşi Yuxarı Seyfəli kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində R.İbrahimovun doğmaları, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1998-ci il təvəllüdlü Ramin İbrahimovun cənazəsi Bakıda yaxınlarına təhvil verilib.
"Report"un Qərb bürosunun məlumatına görə, onun cənazəsi Şəmkir rayonu Yuxarı Seyfəli kəndinə yola salınıb.
Hazırda kənddə R.İbrahimovla vida mərasimi üçün hazırlıq işləri görülür.
O, Yuxarı Seyfəli kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.