Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyev dəfn edilib - YENİLƏNİB

Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyev dəfn edilib - YENİLƏNİB Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Veysəl oğlu Əliyevin meyitinin qalıqları Tərtər rayonunun Kələntərli kəndinə gətirilib.
Daxili siyasət
22 May , 2024 15:59
Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Əliyev dəfn edilib - YENİLƏNİB

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Veysəl oğlu Əliyevlə Tərtər rayonunun Kələntərli kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Tərtər rayonu ümumşəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Kəlbəcər və Tərtər rayon İcra hakimiyyətlərinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:50

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Veysəl oğlu Əliyevin meyitinin qalıqları Tərtər rayonunun Kələntərli kəndinə gətirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.

Kələntərli kəndindən sonra hazırda Tərtər şəhərində şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Ədalət Veysəl oğlu Əliyev 1973-cü il sentyabrın 18-də Kəlbəcər rayonunun Çorman kəndində anadan olub. O, 1994-cü il yanvarın 27-də Kəlbəcər rayonunun Bozlu kəndi istiqamətində itkin düşüb.

Ə.Əliyev Tərtər rayonu ümumşəhər qəbiristanlığında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi