Tərtərdə bərpa olunan evlərin sayı açıqlanıb

Daxili siyasət
  • 03 noyabr, 2021
  • 10:11
Tərtərdə bərpa olunan evlərin sayı açıqlanıb
Müstəqim Məmmədov

"Vətən müharibəsində zərərçəkən ev və obyektlərlə bağlı ümumilikdə 7 050 akt bağlanıb. Onlardan 6 003-ü insanların yaşayış və qeyri-yaşayış obyektləridir".

Bunu "Report"un Tərtərə ezam olunan əməkdaşına açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

Onun sözlərinə görə, həmin obyektlərdən böyük əksəriyyəti təmir olunub: "Yalnız 44 obyekt qalıb. Onların təmiri üçün hələlik iş başlamayıb. Həmin obyektlərlə bağlı vətəndaşlar daha çox vəsait tələb edir. Ötən gün həmin vətəndaşlar qəbul edilərək dinlənilib. 344 evdə isə təmir işləri davam edir. Hesab edirəm ki, bu ayın sonuna qədər bu işlər yekunlaşacaq".

İcra başçısı bildirib ki, Vətən müharibəsi dövründə ermənilər azərbaycanlılara məxsus 308 qəbiri dağıdıb: "Həmin qəbirlər də bərpa olunur".