​“Tələbə Həftəsi” çərçivəsində YAP Gənclər Birliyində tədbir keçirilib

​“Tələbə Həftəsi” çərçivəsində YAP Gənclər Birliyində tədbir keçirilib Bir sıra mövzu ətrafında açıq müzakirələr aparılıb
Daxili siyasət
13 Noyabr , 2015 15:20
​“Tələbə Həftəsi” çərçivəsində YAP Gənclər Birliyində tədbir keçirilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Tələbələr Birliyinin elan etdiyi “Tələbə Həftəsi” çərçivəsində növbəti tədbir Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyində keçirilib.  Bu barədə "Report"a YAP Gənclər Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Yeni Azərbaycan Partiyasının gənc üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan S.Orucov tələbələrin Azərbaycanın həyatında oynadığı xüsusi rolu vurğulayıb və tələbələrin prezident İlham Əliyevin siyasəti ətrafında sıx birləşməli olduğunu qeyd edib.
Tədbirin mahiyyətindən, “Tələbə Həftəsi”nin önəmindən danışan S.Orucov qeyd edib ki, Azərbaycan Tələbələr Birliyinin hər il keçirdiyi “Tələbə Həftəsi”nin xüsusi önəmi vardır.

Daha sonra çıxış edən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov YAP-ın tələbə olan gənc üzvlərini salamlayaraq, Azərbaycan Tələbələr Birliyinin fəaliyyəti və “Tələbə Həftəsi” barədə geniş məlumat verib.
E.Aslanov bildirib ki, YAP Gənclər Birliyi hakim partiyanın gənclər qolu kimi hər zaman Azərbaycanın ictimai-siyasi həyatında önəmli yerlərdən birini tutur.
E.Aslanov gəncləri maraqlandıran bir neçə məqamı da vurğulayıb: “Siz tələbələrin fəaliyyətinizin istənilən ictimai təşkilatlarda və ya siyasi partiyalarda qurmağınızdan asılı olmayaraq, məqsədiniz hər zaman Azərbaycanın işıqlı gələcəyi və inkişafı olmalıdır. Bu yolda çalışan hər bir şəxs və qurum əməkdaşlıq etməli və güclərini səfərbər etməlidir. Bizim YAP Gənclər Birliyində keçirdiyimiz tədbir də bunun göstəricisidir. Biz gənclərin ölkəmizdə keçirilən uğurlu siyasətini, daha dəqiq desək, dövlət gənclər siyasətinin carçısı olmağını istəyirik. Çünki məhz Siz gənclər bir çox məqamda bizi istəməyən qüvvələrə açıq mesaj verməlisiniz". 

Son xəbərlər

Orphus sistemi