XİN başçısı: “Təhsilə olan hücumlar beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalıdır”

XİN başçısı: “Təhsilə olan hücumlar beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalıdır” Xarici işlər naziri Ceyhun Bayramov 9 sentyabr - Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib.
Daxili siyasət
9 Sentyabr , 2021 12:05
XİN başçısı: “Təhsilə olan hücumlar beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalıdır”
Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov tviter səhifəsində 9 sentyabr - Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, o, dayanıqlı gələcəyin təminatı üçün insanların təhsil hüququnun olmasının vacibliyini vurğulayıb.

XİN başçısı bildirib ki, təhsilə olan hər növ hücum beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalıdır.

“Ermənistanın təxribatı nəticəsində həyatı və təhsili yarımçıq qalan övladlarımızı dərin kədərlə yad edirik” – deyə nazir C.Bayramov əlavə edib.

Son xəbərlər

Orphus sistemi