Tağı Əhmədov “Əmək” ordeni ilə təltif edilib

Tağı Əhmədov “Əmək” ordeni ilə təltif edilib Fevralın 1-də onun 70 yaşı tamam olub
Daxili siyasət
3 Fevral , 2018 14:13
Tağı Əhmədov “Əmək” ordeni ilə təltif edilib

Bakı. 3 fevral. REPORT.AZ/ Tağı Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

“Report”un xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, T.Əhmədov 1948-ci ildə anadan olub. Fevralın 1-də onun 70 yaşı tamam olub. T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb. Hazırda hakim Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir.

Son xəbərlər

Orphus sistemi