​Sərdar Cəlaloğlu: "Maliyyə problemləri ilə əlaqədar bələdiyyə seçkilərində iştirak etməyəcəyik"

​Sərdar Cəlaloğlu: "Maliyyə problemləri ilə əlaqədar bələdiyyə seçkilərində iştirak etməyəcəyik" "Lakin partiya üzvləri seçkiyə fərdi qaydada qatıla bilər"
Daxili siyasət
27 Oktyabr , 2014 17:17
​Sərdar Cəlaloğlu: Maliyyə problemləri ilə əlaqədar bələdiyyə seçkilərində iştirak etməyəcəyik
Bakı. 27 oktyabr. REPORT.AZ/ "Maliyyə problemləri ilə əlaqədar bələdiyyə seçkilərində iştirak etməyəcəyik".

Bunu "Report"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, bələdiyyə seçkilərində iştirak etmək istəyən partiya üzvlərinin sayı kifayət qədər deyil: "Üzvlərimiz seçkilərə qatılmaqda həvəsli deyil. Bu da maliyyə imkanları ilə bağlıdır. Partiya bələdiyyə seçkilərində iştirak edərsə, 900 namizəd irəli sürməlidir, bu da xeyli maliyyə tələb edir. Bunu nəzərə alıb partiya olaraq seçkilərdə iştirak etməyəcəyik. Lakin partiya üzvləri seçkiyə fərdi qaydada qatıla bilər, biz onlara dəstək verəcəyik".

Qeyd edək ki, bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən Yeni Azərbaycan Partiyası (YAP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi