Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlərin davamı olaraq İnzibati binanın qarşısında təntənəli konsert keçirilib.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, şəhərin mərkəzi meydanında təşkil edilən konsert proqramına şəhər sakinlərinin marağı böyük olub.
Qeyd edək ki, tədbirdə Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin əməkdaşları, millət vəkili Polad Bülbüloğlu, şəhər sakinləri iştirak ediblər.
Tədbirin yekununda atəşfəşanlıq olub.
Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlərin davamı olaraq İnzibati binanın qarşısında təntənəli konsert keçirilib.
"Report" xəbər verir ki, konsertdə Respublikanın əməkdar artisti Mətanət İsgəndərli, Fikrət Əmirov adına Dövlət Rəqs Ansamblı, Gülay Zeynallı və digər müğənnilər musiqili proqramla çıxış ediblər.
Konsertin sonunda atəşfəşanlıq olacaq.