“Şuşa qalası” adlı broşürlər seriyası hazırlanıb

“Şuşa qalası” adlı broşürlər seriyası hazırlanıb Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Şuşa qalası” broşürlar seriyası hazırlanaraq təqdim edilib.
Daxili siyasət
23 May , 2024 13:29
“Şuşa qalası” adlı broşürlər seriyası hazırlanıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Şuşa qalası” broşürlər seriyası hazırlanaraq təqdim edilib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Şuşa şəhərinin tarixini və maddi-mənəvi dəyərlərini əhatə edən 10 mövzuda, Azərbaycan və ingilis dillərində, orijinal tərtibatda çap edilmiş broşürlərin müəllifi Qarabağ tarixinin tədqiqatçısı, yazıçı-publisist, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevdir.

Qeyd olunub ki, “Şuşa qalası” broşürlər seriyasının nəşri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair l Dövlət Proqramına uyğun olaraq Dövlət Komitəsinin icra etdiyi məlumatlandırma, təbliğat-izahat və təşviqat tədbirləri çərçivəsində nəşr edilib.

“Şuşa qalası” seriyasına “Şəhərin yaranması” (“Foundation of the city”), “Məhəllələr və küçələr” (“Neighborhoods and streets”), “Toponimlər” (“Toponyms”), “Tarixi-memarlıq abidələri” (“Historical and architectural monuments”), “Flora və fauna” (“Flora and fauna”), “Müqəddəs məkanlar” (Holy places”), “Karvansaralar, hamamlar, bazarlar” (“Caravanserais, bathhouses, bazaars”), “Sənətkarlıq” (“Craftsmanship”), “Ticarət” (“Trade”) və “Bulaqlar” (“Springs”) adlı broşürlər daxildir.

Broşürlərin ilk səhifələrində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa haqqında söylədikləri fikirlər, Şuşa qalasının qurucusu Pənahəli xan Cavanşirin şəkli və onun haqqında, həmçinin Qarabağ xanlığı ilə Rusiya hökuməti arasında bağlanmış Kürəkçay müqaviləsi, ermənilərin İrandan və Türkiyədən Azərbaycana köçürülməsi barədə qısa məlumatlar verilib. Hər bir broşür həsr edildiyi mövzuya dair konkret tarixi faktlar əsasında, bədii-publisistik üslubda yazılıb və mətn çoxsaylı fotoşəkillərlə müşayiət olunur.

“Şuşa qalası” seriyasından broşürlərin nəşrinin davam etdirilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş digər rayonlar haqqında məlumatlandırıcı broşürlər də tezliklə ictimaiyyətə təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi