Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elməddin Abbasov dəfn edilib - YENİLƏNİB

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elməddin Abbasov dəfn edilib - YENİLƏNİB Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elməddin Şirxan oğlu Abbasovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.
Daxili siyasət
23 May , 2024 13:15
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elməddin Abbasov dəfn edilib - YENİLƏNİB

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elməddin Şirxan oğlu Abbasov Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Cəbrayıl rayonu və Sumqayıt şəhərinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

12:59

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elməddin Şirxan oğlu Abbasovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elməddin Şirxan oğlu Abbasov 1975-ci il fevralın 2-də Cəbrayıl rayonunun Nüzgar kəndində anadan olub. O, 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Yanşaq kəndi) itkin düşüb.

E.Abbasov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi