Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elman Cavadov dəfn edilib - YENİLƏNİB

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elman Cavadov dəfn edilib - YENİLƏNİB Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.
Daxili siyasət
28 İyun , 2024 11:07
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elman Cavadov dəfn edilib - YENİLƏNİB

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovla Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

10:54

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıt şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elman Xurşud oğlu Cavadov 1973-cü il sentyabrın 5-də Sumqayıtda anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.

E.Cavadov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi