Sudanlı diplomat Qərbi azərbaycanlıların geri qayıtmaq hüquqları barədə məlumatlandırılıb
Sudanlı diplomat Qərbi azərbaycanlıların geri qayıtmaq hüquqları barədə məlumatlandırılıbQərbi Azərbaycan İcmasının Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdelhaleem Mahmud Mohammedlə görüşü baş tutub.
Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdelhaleem Mahmud Mohammed Qərbi azərbaycanlıların üzləşdiyi deportasiyalar və geri qayıtmaq hüquqları barədə məlumatlandırılıb.
“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar "X" hesabında bildirib.
"Ermənistandakı dədə-baba yurdumuza sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə qayıtmaq arzumuzu vurğuladım, həmçinin 2024-cü ilin mayında İƏT-in Banjul Sammitində Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ ilə bağlı qərara verdiyi dəstəyə görə Sudana təşəkkür etdim. Diplomatı icmamıza dəvət etdim və tezliklə Qərbi Azərbaycan Televiziyasında onunla müsahibəmiz olacaq”,- o, paylaşımında qeyd edib.
I would like to thank Mr. Mustafa Abdelhaleem Mahmoud Mohammed, Chargé d'Affaires of Sudan to Azerbaijan, for the kind invitation and the warm hospitality we received at the Sudanese embassy today.