Azərbaycan vətəndaşlarının 76%-i özünü ictimai yerlərdə tam təhlükəsiz hiss edir - SORĞU

Azərbaycan vətəndaşlarının 76%-i özünü ictimai yerlərdə tam təhlükəsiz hiss edir - SORĞU Vətəndaşların 76,0%-i özünü ictimai yerlərdə tam təhlükəsiz hiss edir.
Daxili siyasət
13 Aprel , 2023 13:05
Azərbaycan vətəndaşlarının 76%-i özünü ictimai yerlərdə tam təhlükəsiz hiss edir - SORĞU

Azərbaycan vətəndaşlarının 76,0%-i özünü ictimai yerlərdə tam təhlükəsiz, 17,7%-i isə əsasən təhlükəsiz hiss edir.

"Report" xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) vətəndaşların şəxsi təhlükəsizliyi ilə bağlı keçirdiyi sorğunun nəticəsində məlum olub.

Təhlillərə əsasən, ictimai yerlərdə təhlükəsizlik məsələsinə respondentlərin həm təhsil səviyyələri, həm də müxtəlif yaş qrupları üzrə münasibəti yüksəkdir.

Sözügedən istiqamətdə nəticələrin respondentlərin yaşayış məntəqəsi üzrə təhlili şəhər, qəsəbə və kənd sakinlərinin rəylərinin fərqlənmədiyini göstərib.

Sorğu iştirakçılarının 3,7%-i özünü ictimai yerlərdə əsasən təhlükədə, 2,1%-i tam təhlükədə hiss etdiyini bildirib. Bu suala cavab verməkdə çətinlik çəkənlər 0,5% olub.

Qeyd edək ki, sorğular aprelin 1-dən 6-dək keçirilib və prosesdə 18 yaşından yuxarı 384 respondent iştirak edib. Könüllü iştirak və anonimlik prinsipləri təmin olunub.

Sorğular telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Son xəbərlər

Orphus sistemi