STM-in üzvü: "Biz həmişə tarixdə böyük millət və dövlət olmuşuq"
- 26 oktyabr, 2022
- 08:17
Yeniliklərdən dərhal xəbərdar olun!
"Biz həmişə tarixdə böyük millət və dövlət olmuşuq".
"Report"un xəbərinə görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova "Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün zəfərini yaşayır: "Biz növbəti hədəflərimizi və onlara necə çatmalı olduğumuzu bilməliyik. "Böyük millət, güclü dövlət” anlayışı hədəflərimizə uyğundur. Bizim milli ideologiyamızın yeni şərtlərini təqdim edən Prezident İlham Əliyevin çıxışlarıdır. Dövlət başçısı qeyd etdi ki, qayıdışımız bizim milli idelogiyamız olmalıdır. Axı biz tarixdə böyük millət və dövlət olmuşuq. Həmin böyüklüyümüzə də qayıtmalıyıq. Biz nə xoşbəxtik ki, İlham Əliyev kimi liderimiz var”.