STM daha bir ictimai rəy sorğusunun nəticəsini açıqlayıb

STM daha bir ictimai rəy sorğusunun nəticəsini açıqlayıb Sosial Tədqiqatlar Mərkəzi (STM) keçirdiyi daha bir ictimai rəy sorğusunun nəticəsini açıqlayıb.
Daxili siyasət
26 Sentyabr , 2019 12:27
STM daha bir ictimai rəy sorğusunun nəticəsini açıqlayıb

Sosial Tədqiqatlar Mərkəzi (STM) keçirdiyi daha bir ictimai rəy sorğusunun nəticəsini açıqlayıb.

“Report”un xəbərinə görə, 1 212 nəfərə “İslahatların uğurla həyata keçirilməsində hansı amillər vacibdir” sualı ünvanlanıb və cavablar sadalanıb.

Respondentlərin 71.50 faizi bunun dövlət başçısının iradəsi və qətiyyətindən, 63.70 faizi əhali tərəfindən dəstəyin olmasından, 53.80 faizi vətəndaş həmrəyliyindən, 43.80 faizi hakimiyyət və cəmiyyət arasında daimi dialoqun olmasından, 42.60 faizi siyasi sabitlikdən, 30 faizi islahatların effektiv təbliğatından, 27.60 faizi ictimai müzakirələrin aparılmasından asılı olduğunu bildirib.

Qeyd olunub ki, respondentlərə bir neçə cavab variantı seçmək imkanı verilib. Buna görə də alınan cavabların ümumi sayı 100%-dən artıq olub. 

Son xəbərlər

Orphus sistemi