Lənkəranda Soyqırım qurbanlarının xatirəsi yad edilib - FOTO

Lənkəranda Soyqırım qurbanlarının xatirəsi yad edilib - FOTO Soyqırım abidəsi önündə anım mərasimi keçirilib
Daxili siyasət
31 Mart , 2017 11:05
Lənkəranda Soyqırım qurbanlarının xatirəsi  yad edilib - FOTO
Report.az

Bakı. 31 mart. REPORT.AZ/ Lənkəran şəhərində soyqırım qurbanlarının xatirəsi yad edilib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, 31 Mart - Azərbaycanlıların Soyqırım Günü münasibətilə xatirə kompleksi qarşısında anım mərasimi keçirilib. Minlərlə lənkəranlının iştirak etdiyi mərasimdə ilk olaraq Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşov abidə önünə gül qoyub, soyqırım qurbanlarının ruhu qarşısında baş əyib. 

Daha sonra rayon rəsmiləri, dövlət idarə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri 1918-ci il mart qırğınları zamanı erməni zülmünün qurbanlarının xatirəsini yad ediblər.

Qeyd edək ki, tarixə Mart qırğınları kimi düşən bu qətliamlar zamanı Lənkəran qəzasında 40-dan artıq kənd yandırılıb, yüzlərlə dinc sakin qətlə yetirilir. Bəzi kəndlərdə erməni daşnakları evlərə girərək bütün ailələri məhv edirlər, qocalara və hətta hamilə qadınlara da rəhm etməyiblər. Təkcə Gərmətük kəndində bir gün ərzində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 30 nəfər, Sütəmurdovda 20-dən çox, Girdəni kəndində 20-dək dinc sakin qətlə yetirilir.

1918-ci ildə Lənkəran şəhəri və ətraf kəndlərin əhalisi Osakücə meşəsinə çəkilərək özlərinə sığınacaq tapıb. Ara sakitləşəndən sonra evlərinə qayıdan sakinlər bir daha erməni vəhşiliklərinin şahidi olublar: Evlər top mərmisi ilə dağıdılıb, dükanlar qarət edilib, insanlar vəhşicəsinə qətlə yetirilib. Lənkəran qəzasında və ətrafda Şivkunovun və Əmiryanın törətdiyi qanlı cinayətlərin qarışı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə alınır. Ordunun Lənkəran qəzasına gələn hissəsinə Camal Yusuf Paşa komandanlıq edib. O, döyüşlərdə şəhid olub, qəbri Astara rayonunun Pensər kəndindədir. 

Son xəbərlər

Orphus sistemi