Yuxarı

Prezident: “Son vaxtlar sahibkarlara qarşı ədalətsizliklərə yol verən şəxslər vəzifəsindən asılı olmayaraq cəzalandırılıb”

“Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil”

“Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil”

“Azərbaycan demokratiya yolu ilə gedir və ölkədə bütün azadlıqlar təmin olunur”

Bakı. 4 noyabr. REPORT.AZ/ "Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Bunun təşəbbüskarı ulu öndər Heydər Əliyevdir".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimindəki çıxışında deyib.

Son illərdə Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin sürətlə getdiyini və məhkəmələrin fəaliyyətinin bu məsələdə mühüm rol oynadığını deyən Prezident İlham Əliyev məhkəmələrə daxil olan şikayətlərin getdikcə azaldığını, gələcək islahatlar nəticəsində məhkəmə sistemində maksimum şəffaflığa nail olunmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı məhkəmə sistemində qərəzli yanaşmanın qəbuledilməzliyi, korrupsiya hallarına qarşı ciddi mübarizənin aparılmasının əhəmiyyətinə toxunub: "Bu sahədə beynəlxalq təcrübənin tətbiqi vacibdir. Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil və bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək".

Prezident son vaxtlar sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktların üzə çıxdığını, bu hallara yol verən şəxslərin mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırıldığını bildirib.

"Azərbaycan demokratiya yolu ilə gedir və ölkədə bütün azadlıqlar təmin olunur" deyən dövlət başçısı son parlament seçkilərinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini, seçkinin demokratik və şəffaf keçirildiyini bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi