Son 20 ildə İlham Əliyevin apardığı qətiyyətli siyasət Azərbaycanı güclü ölkəyə çevirib - RƏY

Daxili siyasət
  • 15 fevral, 2024
  • 08:47
Son 20 ildə İlham Əliyevin apardığı qətiyyətli siyasət Azərbaycanı güclü ölkəyə çevirib - RƏY

Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin apardığı qətiyyətli, prinsipial, milli maraqlara hesablanmış ardıcıl siyasəti sayəsində inkişaf etmiş güclü ölkəyə çevrilib.

Bunu "Report"a açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu siyasətin uğurlu olmasının təməlində ölkədə təmin olunmuş siyasi sabitlik, milli birlik və həmrəylik dayanır: "Bu gün Azərbaycan dünyanın sabitlik adasıdır. Son 20 ildə Azərbaycan xalqı vahid amal ətrafında birləşərək torpaqları erməni işğalından azad edib. Yeni dövrdə də əsas vəzifəmiz ölkədəki siyasi sabitliyi qoruyub saxlamaq, təmin olunnmuş sarsılmaz milli birlik və həmrəyliyi daha da möhkəmləndirməklə bağlıdır".

A.Badamovun sözlərinə görə, Azərbaycanın son 20 ildəki iqtisadi mənzərəsinə baxsaq, görərik ki, elə bir sahə olmamışdır ki, orda uğurlu nəticələr əldə olunmasın:

"2003-cü ildə ÜDM 7 milyard dollar idisə, 2023-cü ildə bu rəqəm 72 milyard dollara çatıb. Son 20 ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollardan 70 milyard dollara, minimum əmək haqqı 9 manatdan 345 manata, minimum pensiya 20 manatdan 280 manata qədər artıb. Ölkədə orta aylıq pensiya 500 manat, orta aylıq əməkhaqqı isə 940 manata qədər artıb. Ölkəmizin xarici dövlət borcu 9%-dən aşağı enib. Bu gün dünyanın inkişaf etmiş ölkələrin xarici dövlət borcları ÜDM-in 100%-i və ondan çoxdur. Bu rəqəm Azərnbaycanın qazandığı iqtisadi inkişafını qlobal iqtisadiyyatla müqayisəsində ən yaxşı göstəricidir. Ölkə iqtisadiyyatına 320 milyard dollar sərmayələr yatırılıb. Ölkənin qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar yardılıb. Məhz ölkə iqtisadiyyatının inkişafı nəticəsində yeni müəssiələr açılıb, bu da işsizlik probleminin aşağı enməsini şərtləndirib. Həmçinin 2003-cü ildə ölkədə işsizlik 50% olduğu halda bu gün bu rəqəm 5%-ə enib. Cəmiyyətin həssas təbəqəsi olan şəhid ailələri və qazilər üçün 14800 mənzil, 7600 avtomobil verilib. O cümlədən qarşıdan gələn iki ildə bu kateqoriyadan olan ailələri 100% mənzillərlə təmin edilməsi üçün Dövlət Proqramı icra olunur".

Deputat son 20 ildə ordu quruculuğunun dövlət siyasətinin əsas priporiteti olduğunu bildirib:

"Bu gün dövlət büdcəsindən ayrılan xərclərin böyük hissəsi müdafiə xərcləri təşkil edir. Məhz ordumuzu yüksək səviyyədə gücləndirə bildiyimiz üçün 44 gündə Vətən müharibəsində qalib gəldik və bir neçə saatda ərazilərimizdə hərbi əməliyytlar aparmaqla Qarabağda erməni separatçılığın kökünü kəsərək bütün ərazilərdə suverənliyi təmin etdik. Hərbi sənayesinin inkişaf etdirilməsi, dövlət-özəl əməkdaşlığı sayəsində bu sektora 1 milyard manat investisiyanın yatırılması yeni nailiyyətlərin qazanılmasına yol açacaqdır".

A.Badamov qeyd edib ki, 2026-cı ilin sonuna qədər 100 yaşayış məntəqəsinin yenidən qurularaq 140 mindən çox keçmiş məcburi köçkünün öz doğma yurdlarına qaytarılmasına hədəflənib:

"Dünya siyasətində atdığı müstəqil və qətiyyətli addımları sayəsində Azərbaycanın nüfuzu çox yüksəkdir. Bu il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) ev sahibliyi etməyimiz Azərbaycanın qazandığı nüfuzunun göstəricidir. Azərbaycanda güclü xalq -iqtidar birliyi mövcuddur. Bu birlik sarsılmazdır və hər bir xarici təhdidə qarşı öz cavabını verir. Bu gün Azərbaycanın müstəqil siyasətini qəbul edə bilməyən dairələr mövcuddur. Əldə olunmuş xalqımızın monolit birliyi ölkəmizdə sabitliyi pozmaq istəyən xarici qüvvələrə qarşı öz cavabını verir. Ölkəmizin başladığı yeni dövrdə Prezident İlham Əliyevin qarşımıza qoyduğu bütün hədəflərinin yüksək səviyyədə icrası sayəsində Azərbaycan daha da inkişaf edcək və dünya birliyinin etibarlı tərəfdaşı kimi öz nüfuzlu mövqeyini möhkəmləndirəcəkdir".

Son xəbərlər

Bütün Xəbər Lenti