Son 20 gündə İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri 321 min nəfər artıb

Son 20 gündə İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri 321 min nəfər artıb Bu, təxminən elə "tvitter"in Azərbaycan seqmentinin auditoriyasının göstəricisidir.
Daxili siyasət
19 Oktyabr , 2020 13:54
Son 20 gündə İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri 321 min nəfər artıb
İlham Əliyev
0 : 00
0 : 00

"Vətən müharibəsi başlayandan sonra 20 gün ərzində Prezident İlham Əliyevin tvitter səhifəsinin izləyiciləri təxminən 321 min nəfər artıb!"

"Report" xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz feysbuk hesabında yazıb.

O bildirib ki, hazırda Prezidenti tvitterdə 621 mindən çox mikrobloqçu izləyir:

"Bu, təxminən elə tvitterin Azərbaycan seqmentinin auditoriyasının göstəricisidir.

Belə görünür ki, Prezidentin məşhur tvittləri cəmiyyətimizə yeni bir ictimai platforma , tvitter Azərbaycan platforması bəxş edəcək".

Son xəbərlər

Orphus sistemi