Yuxarı

Nazir: "Son 12 ildə Daxili İşlər Nazirliyinin büdcəsi 11 dəfə artıb"

Ramil Usubov: Daxili Qoşunlar üçün 362 sosial obyekt tikilib, 4 mindən çox nəqliyyat vasitəsi alınıb

Bakı. 2 iyul. REPORT.AZ/ "Ötən 12 ildə fəaliyyətin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması, cəmiyyətin maraqlarına tam cavab verməsi məqsədilə 421 fərman və sərəncam imzalanıb. Nazirliyin büdcəsi 11 dəfə artıb, infrastrukturu yenilənib, maddi-texniki bazası əsaslı surətdə təkmilləşdirilib".

"Report"un məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis işçilərinin peşə bayramı münasibətilə Polis Akademiyasında keçirilən tədbirdə bildirib.

O deyib ki, 2004-cü ildə qəbul edilən Dövlət Proqramı əsasında nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə əhəmiyyətli işlər görülüb: "Struktur qurumlar, o cümlədən ərazi polis orqanları və Daxili Qoşunlar üçün 362 sosial obyekt tikilib, 4 mindən çox nəqliyyat vasitəsi alınıb".

Nazir qeyd edib ki, son illər "102" zəng mərkəzi və "Təhlükəsiz Şəhər" sistemi, "qaynar xətt"lər, veb-saytlar, habelə 40-dan çox informasiya resursu yaradılıb: ""Korrupsiyaya qarşı mübarizəyə dair" Milli Fəaliyyət Planlarına müvafiq olaraq, orqan və hissələrin işində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkili, informasiya əldə olunmasının asanlaşdırılması, etik davranış qaydalarının təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər görülüb və bu gün də davam etdirilir. 4 mindən çox nəqliyyat vasitəsi alınıb".

R.Usubov bildirib ki, orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali hüquq təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 3,1 dəfə artaraq cari ildə 80 faizə yüksəlib: "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əlaqələrimizin rolu da əhəmiyyətli olmaqla xarici həmkarlarımız ilə yaranmış işgüzar münasibətlər tərəflərin maraqlarına uyğun inkişaf edir. Bu formatda 40-dan çox ölkənin müvafiq qurumları ilə 92 beynəlxalq sənəd imzalanıb. Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun həyata keçirilən kompleks tədbirlər, o cümlədən vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində sistemli fəaliyyət orqan və hissələrdə qanunçuluğu əhəmiyyətli dərəcədə möhkəmləndirib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi