SOCAR: "Sərhəd qoşunlarının 7 helikopteri və 4 FHN helikopteri havadadır"

SOCAR: "Sərhəd qoşunlarının 7 helikopteri və 4 FHN helikopteri havadadır" "İşçilərdən 29-nun axtarışı hazırda davam etdirilir"
Daxili siyasət
6 Dekabr , 2015 13:58
SOCAR: Sərhəd qoşunlarının 7 helikopteri və 4 FHN helikopteri havadadır

Bakı. 6 dekabr. REPORT.AZ/ "Qəza baş verən özüldə 63 nəfər olub. Onlardan 33 nəfər xilas olub. Bir nəfərin cəsədi çıxarılıb. 29 nəfəri axtarışı davam edir". "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kadr Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

O, qeyd edib ki, Qazaxıstan, İran və Rusiya sərhəd qoşunlarından xahiş olunub ki, cəsədlər o ölkələrin sahilində tapılarsa xəbər versinlər.

Onun sözlərinə görə, hazırda Xəzər Dəniz donanmasının, Sərhəd qoşunlarının gəmiləri, Sərhəd qoşunlarının 7 helikopteri və 4 FHN helikopteri havadadır.

Son xəbərlər

Orphus sistemi