Şöbə rəisi: "Azərbaycanda aparılan islahatlar insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmininə yönəlib"
Şöbə rəisi: "Azərbaycanda aparılan islahatlar insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmininə yönəlib"Azərbaycanda aparılan islahatların əsas nəticəsi insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasıdır.
"Azərbaycanda aparılan islahatların əsas nəticəsi insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasıdır".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat konfransında Azərbaycan Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə iddiasının apelyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Mürvət Həsənov deyib.
Şöbə rəisi xatırladıb ki, Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamının icrası ilə bağlı bir sıra qanunlara dəyişiklik edilib.
M.Həsənov bildirib ki, dəyişikliklər 8 mindən artıq məhkuma şamil edilib: "Həmin şəxslərdən 2 816-sı cinayət məsuliyyətindən azad olunub. Onlardan 297 nəfəri real azadlıqdan məhrumetmə cəzasından azad edilib, 2884 şəxsin cəzası isə yüngülləşdirilib".