​Siyavuş Novruzov: "Müsavat və AXCP daxili problemlərini həll edə bilməyiblər ki, bələdiyyə seçkilərinə də qoşulsunlar"

​Siyavuş Novruzov: "Müsavat və AXCP daxili problemlərini həll edə bilməyiblər ki, bələdiyyə seçkilərinə də qoşulsunlar" "AXCP-də az-çox öz dövlətini istəyən insanlar partiya sıralarını tərk edirlər"
Daxili siyasət
24 Noyabr , 2014 18:01
​Siyavuş Novruzov: Müsavat və AXCP daxili problemlərini həll edə bilməyiblər ki, bələdiyyə seçkilərinə də qoşulsunlar

Bakı. 24 noyabr. REPORT.AZ/ "Müxalifətin bələdiyyə seçkilərində iştirak etməməsinin iki səbəbi var. Bələdiyyə seçkiləri böyük seçkidir. Bu seçkilərdə 15 mindən artıq fəal insanın namizədilyi irəli sürülməlidir. Onlar əhali tərəfindən tanınmalı, imza toplayıb qeydiyyatdan keçməlidir. Radikal müxalifətin isə belə potensialı yoxdur. Bu potensial, sosial baza, eloktorat olmadığı üçün onlar çalışırlar ki, seçki prosesinə kölgə salsınlar, guya bələdiyyələrin səlahiyyətləri yoxdur".

"Report"un məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov partiyanın rəsmi saytına müsahibəsində deyib. 

O qeyd edib ki, hər hansı siyasi partiyanın yerli strukturlarının möhkəmlənməsi, formalaşması, əhali arasında nüfuzunun artması üçün bələdiyyə seçkiləri ən vacib seçkilərdir: "Nəzərə alsaq ki, gələn il parlament seçkiləri keçiriləcək, bələdiyyə seçkilərində iştirak hər bir partiya üçün sınaq ola bilər. Amma proseslər onu göstərir ki, müxalifət düşərgəsinin potensialı yoxdur. Onlar bir qrup adamlardırlar ki, qərargahda toplaşıb mətbuat üzərində fəaliyyət göstərirlər. İkinci səbəb ondan ibarətdir ki, müxalifət partiyalarının daxilində çox ciddi qarşıdurmalar mövcuddur. Həm Müsavat, həm də AXCP-də gərginlik var. Həmin partiyalar parçalanma ərəfəsindədir. Müsavatın qurultayında keçirilən qeyri-obyektiv seçkilər üzvlərin etirazına səbəb olub. Onlar ədalətli seçkilər tələb edir, yaxud da alternativ Müsavat Partiyası yarada bilərlər".

S.Novruzov Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) da sərt tənqid edib: "Acınacaqlı durum AXCP-də də hökm sürür. Görürlər ki, bu partiya xalqın maraqlarına deyil, xarici qüvvələrin, erməni lobbisinin maraqlarına xidmət edir, antiazərbaycançı fəaliyyət göstərir. AXCP-də az-çox öz dövlətini istəyən insanlar partiya sıralarını tərk edirlər. Bu partiyalar öz daxili problemlərini həll edib başa çatdıra bilməyiblər ki, bələdiyyə seçkilərinə də qoşulsunlar".

Son xəbərlər

Orphus sistemi