​Siyavuş Novruzov: "Müsavat Partiyasında baş verənlərin arxasında İsa Qəmbər dayanır"

​Siyavuş Novruzov: "Müsavat Partiyasında baş verənlərin arxasında İsa Qəmbər dayanır" "Bu partiya Arif Hacılının və İsa Qəmbərin qohumlarından ibarətdir"
Daxili siyasət
5 May , 2015 16:40
​Siyavuş Novruzov: Müsavat Partiyasında baş verənlərin arxasında İsa Qəmbər dayanır

Bakı. 5 may. REPORT.AZ/ "Müsavat Partiyasındakı narazılıq anti-demokratik, qeyri-qanuni, ədalətsiz keçirilən qurultaya görədir. Bu partiyada söz azadlığı boğulur. Orada kimsə fərqli fikir söyləyirsə, partiyanın gələcəyi ilə bağlı addımlar atırsa, dərhal partiya sıralarından xaric olunur. Ona görə də Müsavat Partiyasının yaradıcılarının əksəriyyəti partiya sıralarını tək ediblər". 

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Müsavat Partiyasındakı istefalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, partiyadan istefa verənlər bu addımı bir qrup şəxsin əlində alatə çevrilmək istəmədikləri üçün atırlar: "Hazırda Müsavat Partiyasında legitim rəhbərlik yoxdur. İstər rəhbər strukturlar, istərsə də seçkili orqanlar legitim deyil. Təbii ki, bu da partiyanın şəhər və rayon təşkilatlarını narahat edir, buna görə də növbədənkənar qurultayın keçirilməsini istəyirlər".

S.Novruzov qeyd edib ki, Müsavat Partiyasında baş verənlərin arxasında İsa Qəmbər dayanır.

YAP rəsmisi bu gedişlə Müsavat Partiyasının ilin sonunda keçiriləcək parlament seçkilərində məğlubiyyətə uğrayacağını qeyd edib: "Müsavat Partiyası guya seçkiyə hazırlaşır. Bu gün orada legitimlik yoxdursa, seçkidə necə qələbə qazana bilərlər?! Bunlara kim səs verəcək? Müsavatın üzvləri demək olar ki, qalmayıb. Partiya Arif Hacılının və İsa Qəmbərin qohumlarından ibarətdir".

Son xəbərlər

Orphus sistemi