Bakı. 30 yanvar. REPORT.AZ/ Fevralın 3-də Atatürk Mərkəzində "Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsinin reallıqları" mövzusunda tədbir keçiriləcək. "Report" xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Sosial Rifah Partiyası ilə yanaşı digər siyasi partiyalar və QHT-lərdir.
Tədbir dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda qarşıya qoyduğu vəzifələrlə əlaqədar keçiriləcək.
Tədbirdə 2004-2014-cü illərdə görülən işlərin nəticələri, ölkə ictimaiyyəti tərəfindən dəstəklənməsi və tarixi erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların beynəlxalq qiymətləndirilməsi məsələləri müzakirə ediləcək.