Bakıda siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda "dəyirmi masa" keçirilib.
"Report"un xəbərinə görə, hakim Yeni Azərbaycan Partiyasının iştirak etdiyi tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri
YAP sədrinin müavini
Ana Vətən Partiyasının sədri
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, Azərbaycanda iqtidarla müxalifətin münasibətlərinin zəif olması bəzi xoşagəlməz hallara yol açır: "Təklif edirəm ki, dialoq mühiti yaradılsın, problemlər müzakirə edilsin. Bir sözlə, cəmiyyətlə təmas genişləndirilməlidir.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bəzi müxalifət təmsilçilərinin hakimiyyəti ittiham etməsinə belə cavab verib: "Bütün problemləri iqtidarın üzərinə atmaq olmaz. Çünki ermənilər bundan istifadə edə bilər. Hər kəs məsuliyyətini dərk etməlidir".
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyri-hökumət təşkilatlarının xaricdən qrant ala bilməməsinə toxunub. O deyib ki, bu problemlər aradan qaldırılsa, yaxşı olar.
O, siyasi fəaliyyətinə görə həbs edildiyi iddia edildiyi şəxslərin azadlığa buraxılmasını təklif edib: "Buraxaq, daha başımız ağrımasın…"
N.Cəfəroğlu yerlərdə məmurların özbaşınalıq etdiyini qeyd edib: "Biz rayonlara gedirik, vəziyyəti görürük. Bəzi məmurlar insanları narazı salırlar. Bunun qarşısı alınmalıdır".
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn dialoq tərəfdarı olduğunu qeyd edib: "Görüş olarsa, qucaq açılarsa hamıya, bu zaman o söyüş müxalifətinin təsir effektivliyi qat-qat azalar".
Azərbaycan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa milli qüvvələr xarici müdaxiləyə qarşı vahid mövqedən çıxış etməlidirlər: "Siyasi qüvvələr dialiq mühiti yaratmalıdır. Heç kəsə düşmən kimi baxmamalıyıq".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu çıxışında bəzi mühacirlərin söyüş ritorikasından istifadəsini pislədiyini deyib.
Partiya sədri deyib ki, Azərbaycanda hər kəs milli maraqlardan çıxış etməlidir.
AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, hakimiyyət siyasi aministiya elan edərsə, bu, məqsədəuyğun olar: "Mühacirətdə olanlar Azərbaycana dəvət edilsin, onların təhlükəsizliyinə təminat verilsin, o zaman kimlərinsə guya xarici qüvvələrə işləməsi məsələsi aradan qalxar".
Sonda bəyanat qəbul edilib.
Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və KXCP sədri