“Siyasi partiyalar kütlə ilə hökumət arasında dayanaqlı körpü yaratmalıdır”

“Siyasi partiyalar kütlə ilə hökumət arasında dayanaqlı körpü yaratmalıdır” "Azərbaycan Respublikasının Milli Məclisində (MM) təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün iyulun 7-də videokonfrans formatında görüş keçirilib. Görü
Daxili siyasət
8 İyul , 2020 16:40
“Siyasi partiyalar kütlə ilə hökumət arasında dayanaqlı körpü yaratmalıdır”

Azərbaycan Respublikasının Milli Məclisində (MM) təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün iyulun 7-də videokonfrans formatında görüş keçirilib. Görüşdə MM Sədri Sahibə Qafarova və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib.

“Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilən görüşdə bir sıra istiqamətlər üzrə müzakirələr aparılıb.

“Report”un xəbərinə görə, Azərbaycan Kommunist Partiyasının rəhbəri Hacı Hacıyev bildirib ki, aparılan islahatların tərkib hissəsi olan Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə Prezident Administrasiyasının "Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr söbəsinin müdiri Ədalət Vəliyevin və Milli Məclisin sədri Sahibə Qafarovanın videokonfrans görüşü əhəmiyyət kəsb edən tədbirdir:

“Siyasi partiyalar kütlə ilə hökumət arasında dayanaqlı körpü yaratmalı, xalqın fikrini öyrənməli, təhlil və ifadə etməlidirlər.

Azərbaycan Kommunist Partiyasının üzvləri və təəssübkeşləri inanırlar ki, aparılan islahatlar sağlam fikirlər toqquşmasında ölkədaxili məsələləri dəqiqləşdirəcək və yaşarı, ədalətli qərarlar qəbul ediləcək. Qanunlar xalqın ədalətlə yaşamasına və istedadına, qabiliyyətinə uyğun işləməsinə şərait yaradacaqdır.
Siyasi konfliktləri, milli münasibətlərdəki mübahisələri, iqtisadi, ekoloji və mədəni mühitdə baş verən böhranları yalnız ədalətli qanunlar aradan qaldıra bilər”.

 Hacı Hacıyev
Hacı Hacıyev

Son xəbərlər

Orphus sistemi