Yuxarı

​Razi Nurullayev siyasi hərəkat yaradır

Hərəkat yaxın günlərdə elan olunacaq

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini Razi Nurullayev yeni siyasi hərəkat yaradır. Bu barədə "Report"a Razi Nurullayev məlumat verib. 

O bildirib ki, hərəkatla bağlı məsləhətləşmələr yekunlaşmaq üzrədir: "Bu barədə siyasi partiya mənsubiyyəti olanlarla da müzakirələr aparmışam. Amma daha çox sıravi insanlarla danışıqlar aparmağı üstün tuturam. Çünki elə siyasətçilər var ki, onlarla yol getmək mümkün deyil, sadə insanlarla isə bu, bir qədər asandır".

R.Nurullayev yaxın günlərdə hərəkatın həm adının açıqlanacağını, həm də elan olunacağını qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi