Şirvanda ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib.
“Report”un Aran bürosunun məlumatına görə, Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü münasibətilə Şirvan şəhərində yerləşən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri gün ərzində şəhərin mərkəzi meydanınında ucalan Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, unudulmaz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Abidə ziyarət olunduqdan sonra iştirakçılar Heydər Əliyev mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponantlarla tanış olublar.
Mərkəzin əməkdaşlarının ümummili liderin ömür yolunu əks etdirən fotoşəkillər əsasında verdikləri məlumatlar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.


