Şimali Kiprdən olan şəhid ailələri Xocalı və Ağdama səfər edib - YENİLƏNİB

Şimali Kiprdən olan şəhid ailələri Xocalı və Ağdama səfər edib - YENİLƏNİB Şimali Kipr Türk Respublikasından (ŞKTR) gələn şəhid ailələrinin Qarabağa səfəri başlayıb.
Daxili siyasət
23 May , 2024 16:22
Şimali Kiprdən olan şəhid ailələri Xocalı və Ağdama səfər edib - YENİLƏNİB

Şimali Kipr Türk Respublikasından (ŞKTR) gələn şəhid ailələrinin Qarabağa səfəri davam edir.

"Report"un əraziyə ezam olan əməkdaşının verdiyi məlumata görə, Azərbaycana ilk dəfə geniş tərkibdə səfər edən ŞKTR-dən olan şəhid ailələrinin üzvləri Şuşadan sonra Xocalıya və Ağdama gediblər.

Şimali Kiprdən gələn nümayəndə heyəti Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı düşərgəsinə gəlib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, Ağdam şəhərinin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

12:08

Şimali Kipr Türk Respublikasından (ŞKTR) gələn şəhid ailələrinin Qarabağa səfəri başlayıb.

"Report"un əraziyə ezam olan əməkdaşının verdiyi məlumata görə, bu, ŞKTR-dən olan şəhid ailələrinin Azərbaycana geniş tərkibli ilk səfəridir.

20 nəfərlik heyətin 12 nəfəri şəhid ailələrinin üzvləridir. Heyətə ŞKTR Prezidentinin QHT-lərlə əlaqələr üzrə müşaviri Latif Akça, ŞKTR-nin “Şəhid ailələri və Qazilər Dərnəyi”nin sədri Gürsel Benan, Əlillər Komitəsinin sədri Ahmet Akdeniz, ŞKTR-nin Türk Dövlətləri Dərnəyinin sədri Ali Akın Önder, Girne Amerikan Universiteti dekanı Boğaçhan Bayülken, ŞKTR İTÜ baş katibi Dursun Koç, “Rauf Denktaş Düşüncələrini Yaşatma Dərnəyi”nin baş katibi Selim Terzi və digər şəxslər də daxildir. Onları Azərbaycandan olan şəhid ailələrinin üzvləri də müşayiət edir.

Şəhid ailələrinin Qarabağa səfəri Şuşa şəhərindən başlayıb. Şəhid ailələrinə Şuşanın qədim tarixi, mədəniyyəti və burada doğulan məşhur şəxsiyyətlər barədə ətraflı məlumat verilib. Həmçinin Şuşanın işğal altında olduğu uzun müddət ərzində ermənilərin şəhərdəki tarixi abidələrə və maddi-mədəniyyət nümunələrinə qarşı törətdikləri vandalizm aktları qonaqların diqqətinə çatdırılıb.

Qonaqlarla ünsiyyətdə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgərlərinin Şuşanı işğaldan azad etmək üçün böyük əzmlə keçdikləri çətin yollardan, qazanılan tarixi zəfərdən söz açılıb. Onlar həmçinin şəhər işğaldan azad edildikdən sonra Şuşada aparılan bərpa-yenidənqurma işləri ilə tanış olublar, tarixi məkanlara baxıblar.

Qeyd edək ki, ŞKTR-dən olan şəhid ailələrinin təmsilçiləri Qarabağa səfərləri çərçivəsində Xocalı və Ağdamda da olacaqlar.

Səfər “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində təşkil olunub. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Bildirilib ki, Şimali Kipr Türk Respublikasından və Azərbaycandan şəhid ailələri QHT-lər xətti ilə qarşılıqlı səfərlərə başlayıb. Bu ilin iyul ayında Qarabağ uğrunda şəhid olmuş 30 nəfər şəhidin övladı da Şimali Kiprə səfər edəcək və orada yay düşərgəsində iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi