Şimal bölgəsində səsvermə prosesi seçici fəallığı ilə davam edir

Şimal bölgəsində səsvermə prosesi seçici fəallığı ilə davam edir Milli Məclisə növbədənkənar seçkilər üzrə ölkənin şimal bölgəsində səsvermə prosesi seçici fəallığı ilə davam edir.
Daxili siyasət
1 Sentyabr , 2024 11:43
Şimal bölgəsində səsvermə prosesi seçici fəallığı ilə davam edir

Milli Məclisə növbədənkənar seçkilər üzrə ölkənin şimal bölgəsində səsvermə prosesi seçici fəallığı şəraitində davam edir.

"Report"un Şimal bürosunun məlumatına görə, bölgədə fəaliyyət göstərən 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələrində qeydiyyatda olan 345 min 784 seçici 430 məntəqədə səs verir.

Onlardan 15 min 62 nəfəri səsvermə hüququndan ilk dəfə istifadə edir.

Həmin seçki dairələrində qeydə alınmış ümumilikdə 53 deputatlığa namizəd 7 mandat uğrunda mübarizə aparır.

Məlumata əsasən, bölgənin ən yaşlı seçicisi Şabran rayonunun Ağbaş kəndində yaşayan 104 yaşlı Meynas Maqsudovadır.

Qeyd olunan seçki dairələrinin hər biri üzrə seçici fəallığı müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi