Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qayda Azərbaycanın “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 4-3.2.5-ci maddəsinə, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 6-1.2.5-ci maddəsinə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 4-3.2.5-ci maddəsinə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanununun 30-6-cı maddəsinin yeddinci hissəsinin 5-ci bəndinə uyğun olaraq, sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın formasını və onun verilməsi qaydasını müəyyən edir.