Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib.
Partiya başqanının müavini Elman Fəttahın "Report"a verdiyi məlumata görə, iclasda partiyadaxili məsələlər müzakirə edilib. Başqanlığa sabiq namizəd Səxavət Əlisoy partiyanın ideoloji-siyasi xəttinə zidd addımlar atdığına görə partiya sıralarından xaric edilib. MNTK-nın sabiq üzvü Əlövsət Talışxanlıya isə töhmət verilib.