Səxavət Əlisoy: "Məni Müsavat Partiyasından çıxaran qurumlar saxtadır"

Səxavət Əlisoy: "Məni Müsavat Partiyasından çıxaran qurumlar saxtadır" "Vurğun Əyyuba və Qubad İbadoğluna da töhmət verəcəklər"
Daxili siyasət
1464
17 Noyabr , 2014 17:02
Səxavət Əlisoy: Məni Müsavat Partiyasından çıxaran qurumlar saxtadır

Bakı. 17 noyabr. REPORT.AZ/ "Partiyadan uzaqlaşdırılacağımı bilirdim. Öz aralarındakı qərarlarını dəyişməyiblərsə, Vurğun Əyyuba və Qubad İbadoğluna da töhmət verəcəklər. Bundan əlavə, bir sıra sıravi müsavatçıları partiyadan kənarlaşdıracaqlar. Mənə elə gəlir ki, bundan sonra qərarlarını bir qədər yumşaldacaqlar".

Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Səxavət Əlisoy deyib. O, partiyadan uzaqlaşdırılması ilə bağlı partiyanın hər hansı qurumuna müraciət etməyəcəyini bildirib: "Çünki partiya qurultayı saxta keçirlib. Ona görə də oradakı qurumlar da saxtadır".

S.Əlisoy mübarizəni partiyanın növbədənkənar qurultayının keçirilməsinə yönəldəcəyini vurğulayıb: "Piket keçirmək fikrim yoxdur. Piketi o partiyanın qarşısında keçirərlər ki, orada demokratik mühit var. Ona görə də indiki halda piket keçirmək əlavə vaxt itkisi olar".

Qeyd edək ki, Müsavat Partiyası Divanının bu gün keçirilən iclasında S.Əlisoy partiya sıralarından xaric edilib.

Son xəbərlər

Orphus sistemi