Azərbaycanda növbədənkənar parlament seçkiləri açıq və şəffaf keçirilir, məntəqə seçki komissiyaları ahəngdar işləyir.
Bunu "Report"a açıqlamasında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibinin müavini, müşahidəçilər missiyasının rəhbəri Nuran Niyazəliyev bildirib.
“Biz görürük ki, məntəqə seçki komissiyaları çox fəal işləyir, işlər yüksək səviyyədə aparılır. Bütün bunlar, onu göstərir ki, seçkilər açıq, şəffaf keçirilir və Azərbaycan vətəndaşlarına namizədlərə səs vermək imkanı verilib”, - o vurğulayıb.
N.Niyazəliyev həmçinin qeyd edib ki, seçkilər Azərbaycan üçün çox önəmlidir.
Müşahidəçilərin rəhbəri vurğulayıb ki, həmkarları müxtəlif seçki məntəqələrində seçkiləri də müşahidə edir və səsvermə prosesindən məmnun olduqlarını bildirirlər: “Onlar həmçinin vurğulayıblar ki, məntəqə seçki komissiyaları yaxşı təchiz olunub, Azərbaycan vətəndaşlarının gəlib sərbəst səs vermələri üçün hər cür şərait yaradılıb”.