Səsvermə başa çatdı

Səsvermə başa çatdı Saat 08:00-dan başlayan səsvermə saat 19:00-da yekunlaşıb
Daxili siyasət
23 Dekabr , 2014 19:15
Səsvermə başa çatdı

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanda bu gün keçirilən bələdiyyə seçkilərinə səsvermə prosesi başa çatıb.

“Report”un məlumatına görə, saat 08:00-dan başlayan səsvermə saat 19:00-da yekunlaşıb. 

Qeyd edək ki, 118 dairədə keçirilən bələdiyyə seçkilərində 1 607 bələdiyyəyə 15 035 üzv seçilməlidir. 

Bələdiyyə üzvlüyünə 37 077 namizəd qeydiyyatdan keçib. Seçkidə 8 siyasi partiya iştirak edib, 30 siyasi partiyanın üzvü isə fərdi qaydada seçkiyə qatılıblar.

Seçkiləri izləmək üçün isə 55 551 yerli seçki müşahidəçisi qeydə alınıb

Son xəbərlər

Orphus sistemi